Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
İsmayıllı və Ağsu rayonunda böyük infrastruktur layihələri icra edilmişdir

0

  •    A        Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə verib. Ölkə Prezidenti qeyd etmişdir ki, həm vəziyyətlə tanış olmaq, həm də əlavə göstərişlərin verilməsi üçün bölgələrə səfərləri müntəzəm xarakter daşıyır. Eyni zamanda bildirmişdir ki, son illərdə İsmayıllı rayonunda böyük infrastruktur layihələri icra edilmişdir. Demək olar ki, infrastruktur layihələrinin əsas hissəsi başa çatmışdır. İstər qazlaşdırma, istər elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı çox böyük layihələr icra edilmişdir. Dağlıq rayon olmasına baxmayaraq, İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çoxdur, İsmayıllı  rayonunda son illərdə 10-dan çox elektrik yarımstansiyası inşa olunmuşdur və elektriklə təchizat tam təmin edilib. Yolların çəkilişi ilə bağlı - həm kənd yollarında, eyni zamanda, İsmayıllı-Muğanlı yolunun yeni hissəsində işlər icra edilir.      Eyni zamanda, Basqal qəsəbəsinin inkişafı, Basqalın tarixi irsinin qorunması ilə bağlı bir neçə il bundan əvvəl cənab prezident tərəfindən xüsusi Sərəncam verilmişdir. Bu Sərəncam əsasında Dövlət Turizm Agentliyi burada artıq bir müddətdir ki, işlər aparır. İşlərin təqribən 50 faizi başa çatıb və bu gün hər kəs bunu görə bilər. Basqal bizim qədim kəndlərimizdən biridir, özünəməxsus tarixə malik olan bir yerdir. Cənab Prezident qeyd etmişdir ki, bu yerin tarixi simasının qorunması eyni zamanda, burada yaşayan insanlar üçün daha yaxşı şəraitin yaradılması təmin edilmiş, iş yerlərinin yaradılması üçün yeni imkanlar açılmışdır.         Bu tarixi yaşayış yerinin konservasiyası, bunun tarixi simasının qorunması bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bu bölgənin həm turizm, həm kənd təsərrüfatı istiqamətləri bölgənin gələcək inkişafını təmin edəcək. Kənd təsərrüfatının inkişafı ilə bağlı əvvəlki illərdə qəbul edilmiş qərarlar öz bəhrəsini verir. Bildiyiniz kimi, bu gün ərzaq təhlükəsizliyi ilə bağlı dünyada çox böyük narahatlıq var. O cümlədən Azərbaycan da bu istiqamətdə fəal iş aparır. Görülmüş və görüləcək işlər nəticəsində biz özümüzü bu sahədə də təmin etmiş ölkəyə çevirəcəyik və ərzaq təhlükəsizliyi məsələləri Azərbaycanda maksimum dərəcədə təmin olunacaq.Ölkə başçısının çıxışları, onun mühüm Sərəncamları, apardığı uğurlu daxili və xarici siyasət bizdə gələcəyə ümid yaradır. Prezident İlham Əliyev özünün təbiri ilə desək, nəyi nə vaxt, necə edəcəyini çox yaxşı bilir. 44 gün ərzində 30 illik münaqişəni özünün siyasi iradəsi, dəmir yumruğu ilə həll edən Ali Baş Komandanımız xalqımızda qürur və özünə inam hissi yaradıb. Məhz bu inamla xalqımız yaşayır, yaradır və daha xoşbəxt günlərə addımlayır.Orxan Məmmədov,Xocalı rayon gənci, Vətən müharibəsi iştirakçısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib55 dəfə
    İsmayıllı Ağsu rayonunda böyük infrastruktur layihələri icra edilmişdir

    Maraqlı gələ bilər
    63
    136
    14